Ev GündəmPaşinyan məhkəməyə verildi – “Göbələk” söhbəti böyüyür

Paşinyan məhkəməyə verildi – “Göbələk” söhbəti böyüyür

by Baş Redaktor
33 Baxış

Müxalif “Güclü Ermənistan” partiyasının sədri, rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.

Army.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Karapetyan məhkəmədən Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə görə ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min dollar) məbləğində təzminat ödəməsini tələb edir.

Karapetyan həmçinin mayın 29-da Paşinyan tərəfindən səsləndirilən fikirlərin baş nazirin canlı yayımda və ya sosial şəbəkə hesablarında təkzib edilməsini istəyib.

İddianın əsasını Paşinyanın Karapetyanla bağlı “halüsinogen göbələklər” mövzusunda səsləndirdiyi ifadələr təşkil edir. Ermənistanın baş naziri daha əvvəl Karapetyanın açıqlamalarına cavab olaraq Çin dedikdə ağlına Böyük Çin səddi, Konfutsi, kağız, barıt və ipəyin gəldiyini, “halüsinogen göbələklər” barədə isə ilk dəfə Karapetyandan eşitdiyini bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi