69
İran ABŞ və digər Qərb ölkələrinin sanksiyalarını yan keçmək üçün Çinlə neft müqabilində mal və xidmət mübadiləsinə əsaslanan gizli mexanizmdən istifadə edir.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, mexanizm çərçivəsində İran nefti Çin mallarına dəyişdirilir. Tehranın bu yolla milyardlarla dollar dəyərində məhsul, o cümlədən hərbi təyinatlı avadanlıq, dərman, avtomobil və rabitə vasitələri əldə etdiyi bildirilir.