Ev Hərbi Xəbərlərİran İsrailə hücum etsə, nə baş verəcək? – Katzdan sərt mesaj

İran İsrailə hücum etsə, nə baş verəcək? – Katzdan sərt mesaj

by Baş Redaktor
41 Baxış

İranın İsrailə qarşı hər hansı hücumu güclü cavabla qarşılanacaq.

Army.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Onun sözlərinə görə, bu cavab indiyədək hədəfə alınmayan obyektləri, o cümlədən İranın əsas enerji infrastrukturlarını da əhatə edə bilər.

Katzın sözlərinə görə, belə bir zərbə İranı onilliklər geriyə atacaq və İslam Respublikasının hakimiyyətini daha da zəiflədəcək.

banner

Nazir əlavə edib ki, İsrail ordusu baş nazirin və onun göstərişi ilə tam hazırlıq vəziyyətindədir və bu missiyanı həyata keçirməyə hazırdır.

Katz yəhudi Yeni ili münasibətilə İrandakı yəhudi icmasına təhlükəsiz il arzulayıb. O, İran xalqına müraciət edərək deyib: “Arzu edirəm ki, gələn il Tehran zülm və diktaturadan azad olsun.”

Əlaqəli Yazılar Xüsusi