ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin onun hazırkı prezidentlik müddətinin sonunadək, yəni 2029-cu ilə qədər uzanacağı ehtimalını rədd edib.
Army.az xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Trampdan müharibənin onun ikinci prezidentlik müddətinin tamamına qədər davam edib-etməyəcəyi soruşulub.
ABŞ Prezidenti suala qısa və qəti şəkildə cavab verərək belə bir ssenarinin mümkün olmadığını bildirib:
“Xeyr, bunun heç bir ehtimalı yoxdur”.
