Ev Hərbi XəbərlərNetanyahu husilərə qarşı regional cəbhə yaratmaq istəyir?

Netanyahu husilərə qarşı regional cəbhə yaratmaq istəyir?

by Baş Redaktor
59 Baxış

İsrail Baş naziri Benyamin Netanyahunun Yəməndə İran tərəfindən dəstəklənən “Ənsarallah” hərəkatına qarşı mübarizədə ərəb ölkələrinə yardım göstərməyi təklif etdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” nəşri ABŞ-nin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Netanyahunun təklifi İsrailin husilərin Qırmızı dənizdə gəmiçilik marşrutlarına və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına yönəlmiş fəaliyyətinə qarşı regional səylərə daha fəal şəkildə qoşulmağa hazır olduğunu göstərə bilər.

Nəşrin məlumatında təklifin hansı ərəb ölkələrinə və hansı formada təqdim edildiyi barədə əlavə detallar açıqlanmayıb.

banner

Əlaqəli Yazılar Xüsusi