ABŞ administrasiyası Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əvvəlki modifikasiyalara aid raketlər istehsal etməsinə lisenziya verilməsi məsələsini nəzərdən keçirir.
Army.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ukraynaya “Patriot” sursatlarının istehsalı ilə bağlı lisenziyanın təqdim olunmasının mümkün olub-olmadığına dair suala Tramp bunun hazırda müzakirə edildiyini bildirib.
Prezidentin sözlərinə görə, söhbət daha yeni modellərdən deyil, nisbətən köhnə və daha az müasir raket əleyhinə sursatlardan gedir.
