Ev Dünyaİran: Türkiyə ilə münasibətlərimiz yaxşı səviyyədədir

İran: Türkiyə ilə münasibətlərimiz yaxşı səviyyədədir

by Baş Redaktor
16 Baxış

İran qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə münasibətlərinin yaxşı olduğunu bəyan edib.

Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sentyabrın 14-də Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Bəqai bildirib ki, Tehran ABŞ tərəfindən tətbiq olunan sanksiyaların və bu çərçivədə atılan addımların qarşısını almaq üçün mövcud diplomatik imkanlardan və məsləhətləşmə mexanizmlərindən istifadə edir.

Onun sözlərinə görə, İran ABŞ-ın sözügedən addımlarını beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə zidd hesab edir.

banner

XİN sözçüsü Vaşinqtonun İranın digər dövlətlərlə, o cümlədən qonşu ölkələrlə əlaqələrini zəiflətməyə çalışdığını da iddia edib. O qeyd edib ki, ABŞ sanksiyaların icrasını təmin etmək məqsədilə İranın ticarət tərəfdaşlarına və region ölkələrinə təzyiq göstərir.

Əlaqəli Yazılar Xüsusi