Ev DünyaRubio İranla razılaşmanı niyə rədd edib? ABŞ-dan kritik qərar

Rubio İranla razılaşmanı niyə rədd edib? ABŞ-dan kritik qərar

by Baş Redaktor
16 Baxış

ABŞ-ın aprel ayında İranla mümkün razılaşmadan imtina etməsi ilə bağlı yekun qərarın dövlət katibi Marko Rubio tərəfindən verildiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Nəşr qeyd edib ki, danışıqlar Pakistanın ev sahibliyi etdiyi görüşlər çərçivəsində aparılıb. Müzakirələrdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.

Amerikalı nümayəndə heyəti görüşlər zamanı İran tərəfinin razılaşmanın mümkün şərtlərində dəyişiklik etməyə çalışdığı qənaətinə gəlib.

banner

Danışıqlara verilən fasilə zamanı ABŞ nümayəndələri Vaşinqtonla əlaqə saxlayaraq növbəti addımlarla bağlı göstəriş istəyiblər.

Əlaqəli Yazılar Xüsusi