Avropa ölkələri Ukraynaya qarşıdakı qışa hazırlaşması üçün müxtəlif avadanlıqlar göndərməyə başlayıb. Lakin bu tədarüklər ictimaiyyətə açıqlanmır.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Avropadakı müttəfiqlər Ukraynaya mövcud imkanları çərçivəsində artıq yardım göstərirlər:
“Avropalı müttəfiqlər artıq əllərində olan hər şeylə yardım göstərirlər. Xüsusilə elektrik stansiyaları və istilik sistemləri üçün ehtiyat hissələri təqdim edirlər”.
“Bloomberg” qeyd edib ki, Ukrayna enerji infrastrukturuna mümkün zərbələr fonunda müharibənin başlanmasından bəri ən ağır qış dövrlərindən birinə hazırlaşır.
