Ev Hərbi XəbərlərQazaxıstanda hərbi təlim faciəsi: 9 hərbçi həlak oldu

Qazaxıstanda hərbi təlim faciəsi: 9 hərbçi həlak oldu

by Baş Redaktor
15 Baxış

Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı 19 hərbçi Xəzər dənizinə sürüklənib.

Army.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 24-də təlim tapşırığının icrası zamanı baş verib.

Sahildə hava şəraitinin qəfil dəyişməsi və küləyin sürətinin artması hərbçilərin dənizə aparılması ilə nəticələnib.

Nazirlik hadisə ilə bağlı ilkin məlumatları açıqlayıb. Bildirilib ki, 9 hərbçi həyatını itirib, üç nəfər isə xilas edilib. Xilas olunan hərbçilərdən biri tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.

banner

Qeyd edək ki, Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da daha əvvəl Azərbaycana gəliblər. Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin gücü – 2026” adlı birgə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi