Ev Hərbi XəbərlərATEŞ: Rusiyada PUA anbarı məhv edilib

ATEŞ: Rusiyada PUA anbarı məhv edilib

by Baş Redaktor
20 Baxış

Ukraynayönlü ATEŞ partizan hərəkatı Rusiyanın Sverdlovsk vilayətində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın məhv edildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, əməliyyat ATEŞ agentləri tərəfindən həyata keçirilib.

Açıqlamaya əsasən, məhv edilən texnika arasında Rusiya ordusunun cəbhə xəttində müxtəlif tapşırıqlar üçün istifadə etdiyi heksakopter tipli PUA-lar da olub.

banner

ATEŞ-in məlumatında qeyd edilir ki, sözügedən pilotsuz aparatlarından cəbhəyə sursat, ərzaq və tibbi ləvazimatların çatdırılması ilə yanaşı, partlayıcı sursatların atılması və piyada, eləcə də tank əleyhinə minaların havadan yerləşdirilməsi üçün istifadə olunur.

Hərəkat Rusiyanın dərin arxa cəbhəsində yerləşən hərbi obyektlərə qarşı əməliyyatların davam etdirildiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi