İsraildə seçki yarışının yekun nəticələrinə birbaşa təsir göstərə biləcək 430 mindən 480 minə qədər xüsusi bülletenin sayılması prosesinə start verilib. “İkiqat zərf” üsulu ilə toplanan bu səslər hərbi qulluqçulara, diplomatik korpus nümayəndələrinə, cəzaçəkmə müəssisələrinin məhbuslarına və təyin olunduqları məntəqələrdə səs verə bilməyən digər vətəndaşlara məxsusdur.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təkrar səsvermə hallarının yoxlanılmasından sonra həyata keçirilən bu hesablamanın bəzi siyasi qüvvələrin parlamentdəki mandat sayına təsir edəcəyi gözlənilir.
Cümə axşamı başa çatması proqnozlaşdırılan bu sayım prosesi ərəfəsində baş nazir Binyamin Netanyahu blokunun hələ də zəruri olan 61 deputat mandatından geri qaldığı qeyd olunur.
