Ev DünyaABŞ İrana nüvə zərbəsi endirəcək? Lavrov iddialara aydınlıq gətirdi

ABŞ İrana nüvə zərbəsi endirəcək? Lavrov iddialara aydınlıq gətirdi

by Baş Redaktor
32 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı nüvə silahından istifadə edə biləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

O, amerikalı jurnalist Taker Karlsonun Vaşinqtonun belə bir addım ata biləcəyi ilə bağlı açıqlamalarının digər mənbələr tərəfindən təsdiqlənmədiyini deyib.

Lavrovun fikrincə, bu cür bəyanatlar bəzən seçkiqabağı dövrdə seçicilərdə müəyyən əhval-ruhiyyə formalaşdırmaq məqsədilə səsləndirilir. Nazir ABŞ-nin İrana nüvə zərbəsi endirməyə hazırlaşdığı qənaətinə gəlmək üçün real əsaslar görmədiyini vurğulayıb.

banner

Qeyd edək ki, Taker Karlson bazar ertəsi ABŞ-ın İsrailin təzyiqi nəticəsində İranda uranın zənginləşdirilməsi ilə məşğul olan obyektlərdən birinə nüvə zərbəsi endirə biləcəyini iddia edib.

Əlaqəli Yazılar Xüsusi