Ev DünyaHörmüz boğazında gərginlik: Dörd neft tankeri partladı

Hörmüz boğazında gərginlik: Dörd neft tankeri partladı

by Baş Redaktor
14 Baxış

Hörmüz boğazı ətrafında dörd neft tankerinin dəniz minalarına düşməsi nəticəsində partladığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamaya istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, Hörmüz boğazının cənub hissəsində müəyyən edilmiş qadağan olunmuş zonaya daxil olmağa çalışan dörd tanker minalara düşərək sıradan çıxıb.

Açıqlamada qeyd olunub ki, partlayışlardan sonra gəmilərdə yanğın başlayıb. Həmçinin müəyyən edilmiş məhdudiyyətləri pozmağa cəhd göstərən daha iki gəminin qarşısının alındığı və onların hərəkətinin dayandırıldığı bildirilib.

banner

Əlaqəli Yazılar Xüsusi