Ev Hərbi XəbərlərMoskva Vaşinqtondan gözləntisini açıqladı : Danışıqlar davam etməlidir

Moskva Vaşinqtondan gözləntisini açıqladı : Danışıqlar davam etməlidir

by Baş Redaktor
14 Baxış

“Kreml ABŞ Konqresinə keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, Donald Tramp administrasiyasının Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüslərini davam etdirəcəyini gözləyir”.

Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, münaqişənin həlli istiqamətində artıq müəyyən addımlar atılıb. O, bu çərçivədə ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar təşəbbüslərini və indiyədək həyata keçirilən sülh səylərini xüsusi vurğulayıb.

Kremlin sözçisinin sözlərinə görə, yaxın vaxtlarda üçtərəfli danışıqların növbəti mərhələsinin keçirilməsi də nəzərdə tutulur. Moskva bütün bu proseslərin gələcəkdə də davam edəcəyinə ümid bəsləyir.

banner

Əlaqəli Yazılar Xüsusi