Ev DünyaZelenskidən Lukaşenkonun təklifinə istehzalı cavab: “Mən onun üçün çamadanam?”

Zelenskidən Lukaşenkonun təklifinə istehzalı cavab: “Mən onun üçün çamadanam?”

by Baş Redaktor
37 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun onunla birlikdə danışıqlar aparmaq üçün Moskvaya getmək təklifini rədd edib. Zelenski bu ideyanı “ciddi söhbətə layiq olmayan təklif” kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna lideri Lukaşenkonun onu şəxsən Rusiyanın paytaxtına müşayiət etməyə və təhlükəsizliyinə zəmanət verməyə hazır olduğu barədə açıqlamasına münasibət bildirib:

“O, məni özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadanam, nədir? Məni təyyarəyə mindirib Moskvaya aparmaq istəyir? Niyə axı?”

banner

Bunun əvəzində Ukrayna prezidenti Lukaşenkoya Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Kiyevə gəlməyi təklif edib:

“Qoy Lukaşenko Putini də götürüb Kiyevə gəlsin. Biz onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk. Axı söhbət danışıqlardan gedir”.

Əlaqəli Yazılar Xüsusi