Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Rusiyada gec-tez Ukraynaya qarşı müharibənin ağır nəticələri və böyük insan itkiləri ilə bağlı hakimiyyətə suallar ünvanlanacağını bildirib.
Army.az xəbər verir ki, bu barədə keçmiş hökumət başçısı açıqlama verib.
“Rusiya vətəndaşları Vladimir Putindən soruşacaqlar: Bütün bunlar nəyə lazım idi? Bir milyon insanı ona görə itirdik ki, Kiyevdəki üsyançılar Avropa İttifaqına və NATO-ya üzv olmaq imkanı qazansınlar? Yoxsa Ukrayna ərazisinin cəmi 20 faizinə nəzarət etmək üçün? Bu, zarafatdır? Putin hakimiyyətinin sonunun yaxınlaşdığını anlayır”, – deyə Conson vurğulayıb.