Türkiyə Silahlı Qüvvələri (TSQ) yerli “Baykar” şirkətindən ilk üç ədəd “Kızılelma” zərbə pilotsuz uçuş aparatını (PUA) təhvil alıb.
Army.az xəbər verir ki, bu barədə “TWZ” portalı məlumat yayıb.
Şirkətdən bildirilib ki, “Kızılelma” PUA-ları sınaqlardan uğurla keçib. “Baykar” bu sınaqları pilotsuz qırıcı təyyarənin döyüş şəraitində ilk tətbiqi kimi xarakterizə edib.
Xatırladaq ki, yanvar ayında “Army Recognition” portalı reaktiv mühərrikli “Kızılelma”nın sınaq uçuşu zamanı saatda 980 kilometr sürətə çatdığını yazmışdı.
