Ev DünyaZelenski: “Ukrayna geri çəkilməyəcək”

Zelenski: “Ukrayna geri çəkilməyəcək”

by Baş Redaktor
46 Baxış

“Donbas bölgəsindən ordunun çıxarılması Kiyev üçün ciddi strateji itkiyə səbəb ola bilər”.

Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, belə bir addım Silahlı Qüvvələrin müdafiə qabiliyyətini, o cümlədən istehkamları və cəbhə xəttindəki mövqeləri əhəmiyyətli dərəcədə zəiflədəcək.

Onun sözlərinə görə, Ukraynadan Luqansk və Donetsk vilayəti ərazilərini tərk etməsi tələb olunur, lakin bu, hərbi baxımdan qəbuledilməzdir.

banner

“Belə bir geri çəkilmə ordumuz üçün strateji məğlubiyyət anlamına gəlir. Müdafiə xətləri və istehkamlar zəifləyəcək”, – deyə Zelenski vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi