Rusiyanın “İskəndər-K” raket sisteminin NATO üçün strateji obyektlər baxımından ciddi risk yarada bilər.
Army.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.
Bildirilir ki, bu kompleksin imkanlarının gələcəkdə daha da genişlənəcəyi gözlənilir və xüsusilə taktiki nüvə başlıqları daşımaq potensialı onun təhlükəliliyini artıran əsas amillərdən biridir.
Bununla yanaşı, Ukraynadakı müharibənin NATO ölkələrinin hava hücumundan müdafiə imkanlarına təsir etdiyi bildirilir. Belə ki, bu sistemlərin müəyyən hissəsinin Ukraynaya verilməsi alyans daxilində boşluqlar yaradıb.
