Buxarest şəhərində istilik elektrik stansiyasında yanğın baş verib.
Army.az xəbər verir ki, 20 aprel axşamı şəhərin qərb hissəsində yerləşən “CET Vest” stansiyasında partlayış qeydə alınıb və bunun nəticəsində yanğın yaranıb.
Hadisə zamanı üç transformator alovlanıb, təxminən 30 ton yağın yanması qeydə alınıb.
İnsan tələfatı yoxdur, lakin yanğın nəticəsində avadanlıqlara ziyan dəyib. Yanğınsöndürənlər hadisəyə operativ müdaxilə edərək alovu 21 aprel səhərinə qədər lokallaşdırıblar.
