41
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqına daha dörd ölkənin daxil olması təşkilatı daha güclü edə bilər.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu ölkələr Ukrayna, Norveç, Türkiyə və Böyük Britaniyadır.
Zelenski qeyd edib ki, məhz bu ölkələrin iştirakı Avropa İttifaqını daha güclü edə bilər. O, həmçinin Ukraynanın Aİ-yə mümkün qədər tez üzv olmaq istəyini bir daha vurğulayıb.
