Ev DünyaUkrayna: görüş üçün alternativ paytaxtlar axtarılır

Ukrayna: görüş üçün alternativ paytaxtlar axtarılır

by Baş Redaktor
29 Baxış

Kiyev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün təşkili üçün Türkiyə və digər ölkələrə müraciət edib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazirin sözlərinə görə, Xarici İşlər Nazirliyi Türkiyəyə ünvanlı müraciət göndərib, həmçinin görüşün təşkili üçün bəzi digər paytaxtlara da dəstək xahişi edilib, lakin həmin ölkələrin adı açıqlanmayıb.

O qeyd edib ki, Moskva və Minsk belə görüş üçün mümkün məkan kimi nəzərdən keçirilmir.

banner

“Əgər Moskva və Minsk istisna olmaqla başqa bir paytaxt belə bir görüşü təşkil etsə, biz gedəcəyik. Bu bizim üçün vacibdir,” – deyə Sybiha bildirib.

Əlaqəli Yazılar Xüsusi