ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felanın istefası sosial şəbəkələr vasitəsilə elan edilib.
Army.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, Fela və onun yaxın komandası istefa barədə Pentaqon nümayəndəsi Şon Parnellin sosial şəbəkə paylaşımından xəbər tutublar ki, bu da onları təəccübləndirib.
Ağ Evdə bəzi rəsmilər “müharibə naziri” Pit Heqset tərəfindən aparılan kadr dəyişikliklərindən narazıdır. Xüsusilə İran limanlarına qarşı həyata keçirilən blokada əməliyyatları fonunda Hərbi Dəniz Qüvvələrinin rolunun həssas olduğu vurğulanır.
Administrasiyadakı yüksək vəzifəli bir məmur isə “Wall Street Journal”a bildirib ki, Fela ABŞ Prezidenti Donald Trampdan vəzifəsində qalmasını xahiş edib.
Lakin Trampın Heqsetin qərarını dəstəklədiyi qeyd olunur.
