ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan bəzi şəxslər getdikcə daha çox dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində ciddi namizəd kimi nəzərdən keçirirlər.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Rubionun mövqelərinin güclənməsində onun Venesuelanın sabiq prezidenti Nikolas Maduronun devrilməsi istiqamətində fəaliyyəti və Trampa sarsılmaz sədaqəti mühüm rol oynayıb. ABŞ administrasiyasına yaxın mənbələr dövlət katibini Trampın mümkün varisi kimi “məntiqli seçim” adlandırıblar.