Ev Hərbi XəbərlərYeni nəsil raketlər meydanda – Cəbhədə hazırlıq gücləndirilir

Yeni nəsil raketlər meydanda – Cəbhədə hazırlıq gücləndirilir

by Baş Redaktor
44 Baxış

Ukraynanın “BlueBird Tech” şirkəti Rusiya pilotsuz uçuş aparatları və raketlərinin qarşısını almaq üçün zenit raketlərinin hazırlanması üzərində işləyir.

Army.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin açıqlamasına görə, yeni sistemlər həm qanadlı, həm də ballistik raketləri hədəf alaraq məhv edə biləcək.

Layihənin əsas məqsədlərindən biri Ukraynanın xaricdən asılılığını azaltmaq və hava hücumundan müdafiə sahəsində yerli istehsalı gücləndirməkdir.

banner

“BlueBird Tech” artıq bu istiqamətdə mütəxəssislərin cəlb olunmasına başlayıb və mühəndis heyətini genişləndirir.

Şirkətin həmtəsisçisi Valeriy Zarubin bildirib ki, hazırlanan texnologiyalar Ukraynanın təhlükəsizliyini artıracaq və xüsusilə Rusiya hücumlarına qarşı müdafiəni gücləndirəcək. Onun sözlərinə görə, yerli istehsal eyni zamanda hava hədəflərinin zərərsizləşdirilməsini daha ucuz və effektiv edəcək.

Şirkət bir neçə raket istiqaməti üzrə paralel işlədiyini və bəzi layihələrin detalları təhlükəsizlik səbəbilə açıqlanmadığını da qeyd edib.

Ukraynada digər müdafiə şirkətləri də oxşar layihələr üzərində çalışır. Məsələn, “Fire Point” şirkəti FP-7 və FP-9 adlı ballistik raketlər üzərində işlədiyini açıqlamışdı.

Eyni zamanda Ukrayna və Almaniya hava hücumundan müdafiə sahəsində əməkdaşlığı genişləndirərək ballistik raketlərə qarşı sistemlərin inkişafını sürətləndirməyə razılaşıb.

Əlaqəli Yazılar Xüsusi