Ev Hərbi XəbərlərPistorius: “Ukrayna bəzi sahələrdə Almaniyanı ötüb”

Pistorius: “Ukrayna bəzi sahələrdə Almaniyanı ötüb”

by Baş Redaktor
19 Baxış

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ilə uzaqmənzilli, yüksək dəqiqlikli silahların hazırlanması sahəsində əməkdaşlıq potensialının olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə mövzularını işıqlandıran “Hartpunkt” nəşri məlumat yayıb.

Pistoriusun sözlərinə görə, Ukrayna müdafiə sənayesi Rusiya ilə müharibə təcrübəsi nəticəsində son illərdə innovasiya və inkişaf baxımından ciddi irəliləyiş əldə edib və bəzi sahələrdə artıq Almaniyanı üstələyib.

Nazir bu fikirləri Almaniya–Ukrayna təhlükəsizlik və müdafiə əməkdaşlığına dair dəyirmi masadan sonra keçirilən mətbuat konfransında səsləndirib.

banner

O bildirib ki, Almaniya Ukrayna ilə strateji tərəfdaşlığı genişləndirmək niyyətindədir və bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Həmçinin Kiyevdəki Almaniya səfirliyində hərbi attaşelərin sayının artırılması ilə bağlı qərar verilib.

Tərəflər pilotsuz uçuş aparatlarından əlavə, 500 kilometrdən artıq məsafəyə yüksək dəqiqlikli zərbələr endirə bilən sistemlərin hazırlanması istiqamətində də əməkdaşlıq etməyi planlaşdırır.

Pistorius əlavə edib ki, Almaniya və Ukrayna şirkətləri arasında bu sahədə geniş əməkdaşlıq potensialı mövcuddur.

Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxe isə Ukrayna ilə əməkdaşlıq etmək istəyən Almaniya şirkətləri üçün xüsusi əlaqə məntəqəsinin yaradıldığını açıqlayıb.

Bundan əlavə, Ukrayna hərbi təlimçilərinin Almaniyaya gedərək Bundesver bölmələrinə müasir döyüş təcrübəsi öyrətdiyi də qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment