Ukraynada tətbiq olunan yeni rotasiya qaydalarının orduda daha sistemli və “servis yönümlü” yanaşmanın formalaşmasına zəmin yaratdığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə ukraynalı zabit İlya Abel deyib.
Onun sözlərinə görə, əvvəllər döyüş mövqelərinə qoşulmaq istəyənlər üçün əsas çətinlik qeyri-müəyyənlik və müddətsiz şəkildə ön xəttdə qalmaq qorxusu idi.
Abel qeyd edib ki, hazırda dövlət hərbi xidmət üçün daha aydın və başa düşülən mexanizm təqdim edir və bu da potensial hərbçilər üçün şəraiti daha proqnozlaşdırıla bilən edir.
