Ev Hərbi XəbərlərParisdən hərbi addım: 10 ildə arsenal genişləndiriləcək

Parisdən hərbi addım: 10 ildə arsenal genişləndiriləcək

by Baş Redaktor
21 Baxış

Fransa yaxın onillikdə raket arsenalını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə “Le Marine” nəşri məlumat yayıb.

Bildirilir ki, Paris uzaqmənzilli silah imkanlarını gücləndirmək üçün addımlar atır:

“Fransa ABŞ-ın “Tomahawk” və Ukraynanın “Long Neptune” sistemlərinə Avropada alternativ sayılan “MdCN” dəniz qanadlı raketinin istehsalını yenidən işə salmağa məcbur olub.

banner

Əvvəlki sifarişlər tamamlandıqdan sonra bu raketlərin istehsalı faktiki olaraq dayandırılmış, yeni müqavilələrin olmaması səbəbindən istehsal xətləri dondurulmuşdu.

“MdCN” yalnız Fransa Silahlı Qüvvələrinin istifadəsində olan və təxminən 1000 kilometr məsafəni vura bilən dəniz bazalı raketdir”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment