Ev Hərbi XəbərlərB-52 və B-1B-lər yenidən havada: uzunmüddətli təlimlər keçirilir

B-52 və B-1B-lər yenidən havada: uzunmüddətli təlimlər keçirilir

by Baş Redaktor
23 Baxış

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı təyyarələr Böyük Britaniyadakı “RAF Fairford” aviabazasından növbəti təlim uçuşlarını həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə “Military Air Tracking Alliance” (MATA) məlumat verib.

“İki ədəd “B-1B Lancer” və bir ədəd “B-52H Stratofortress” bombardmançı təyyarəsi cümə axşamı havaya qalxıb. İranla əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, ABŞ aviasiyası son günlərdə demək olar ki, hər gün uzunmüddətli — doqquz saata qədər davam edən uçuşlar icra edir.

Hazırda “Ferford” aviabazasında ümumilikdə 23 ədəd ağır bombardmançı yerləşdirilib. Bunların arasında 15 ədəd “B-1B Lancer” və 8 ədəd “B-52H Stratofortress” təyyarəsi var”, – deyə qeyd edilib.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment