Ev Hərbi Xəbərlərİran ABŞ planını ifşa etdi: köhnə təklif yenidən gündəmdə

İran ABŞ planını ifşa etdi: köhnə təklif yenidən gündəmdə

by Baş Redaktor
14 Baxış

“Əl Cəzirə” telekanalının İran–ABŞ danışıqları ilə bağlı yayımladığı son məlumatların reallığı tam əks etdirmədiyi iddia olunur. Bildirilir ki, səsləndirilən detallar əslində Vaşinqtonun təxminən 20 gün əvvəl irəli sürdüyü köhnə təklif paketinə aiddir.

Army.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

İran mediasının yazdığına görə, həmin paketdə uranın 15 il müddətinə zənginləşdirilməsinin dayandırılması, 60 faizlik zənginləşdirilmiş uranın taleyinin müəyyənləşdirilməsi və Hörmüz boğazı üzrə mərhələli açılma kimi şərtlər yer alıb. Tehran isə bu variantı hələ o vaxt qəti şəkildə rədd edib.

Mənbələr qeyd edir ki, bundan sonra ABŞ öz təklifini bir neçə dəfə yeniləyib. Ümumilikdə isə İran əvvəlki versiyaların heç birini qəbul etməyib.

banner

Son məlumatlara əsasən, Vaşinqtonun hazırkı – 9 maddədən ibarət təklifində artıq “Əl Cəzirə”nın bəhs etdiyi müddəalar yer almır. ABŞ tərəfi bu şərtlərin Tehran tərəfindən qəbul edilməyəcəyini nəzərə alaraq yanaşmasını dəyişib.

Eyni zamanda, İran da yeni – 14 maddədən ibarət təklif paketi təqdim edib və burada öz “qırmızı xətləri”ni açıq şəkildə ortaya qoyub.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment