Ev Hərbi XəbərlərRiyaddan hərbi əməliyyat: İraqdakı silahlı dəstələrə zərbələr endirildi

Riyaddan hərbi əməliyyat: İraqdakı silahlı dəstələrə zərbələr endirildi

by Baş Redaktor
14 Baxış

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri İraq ərazisində fəaliyyət göstərən İranyönlü silahlı qruplaşmaların mövqelərinə hava zərbələri endirib.

Army.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə sıx koordinasiya şəraitində icra olunub. Zərbələrin hədəfi Səudiyyə Ərəbistanının neft infrastrukturuna qarşı həyata keçirilən hücumlarda iştirak etdiyi bildirilən silahlı dəstələrin obyektləri olub.

Türki əl-Maliki qeyd edib ki, əməliyyat beynəlxalq hüquq çərçivəsində ölkənin özünümüdafiə hüququndan irəli gələrək həyata keçirilib.

banner

Əlaqəli Yazılar Xüsusi