ABŞ-ın Ukraynaya əlavə Patriot raketləri verməsi gözlənilmir.
Army.az xəbər verir ki, bu fikri keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter səsləndirib.
Onun sözlərinə görə, Vaşinqton hazırda bu sistemlərə özü daha çox ehtiyac duyur və buna görə də onların Kiyevə göndərilməsi planlaşdırılmır.
“Ukrayna Patriot raketlərini əldə etməyəcək. ABŞ üçün bu sistemlər daha vacibdir”, – deyə Ritter bildirib.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, ABŞ rəhbərliyi Ukraynaya qeyd-şərtsiz dəstək vermək niyyətində deyil.
O, həmçinin vurğulayıb ki, son dövrlər Amerika cəmiyyətində və siyasi dairələrində Ukraynaya münasibətdə narazılıq meyilləri güclənməkdədir.
