Ev Hərbi TexnologiyaF-35A proqramında mühüm addım: mühərrik quraşdırıldı

F-35A proqramında mühüm addım: mühərrik quraşdırıldı

by Baş Redaktor
22 Baxış

ABŞ-ın müdafiə sənayesi nəhəngi “Lockheed Martin” Almaniya üçün istehsal olunan ilk F-35A “Lightning II” döyüş təyyarəsinin hazırlanmasında növbəti vacib mərhələnin başa çatdığını açıqlayıb.

Army.az xəbər verir ki, xarici media qurumlarının yaydığı məlumata görə, 2026-cı ilin may ayında təyyarəyə “Pratt & Whitney” tərəfindən istehsal edilən F135-PW-100 mühərriki uğurla inteqrasiya olunub.

Şirkətin Fort-Uort şəhərində yerləşən zavodundan yayımlanan görüntülərdə mühərrikin təyyarənin gövdəsinə quraşdırılması əks olunub. Bildirilir ki, layihə təsdiqlənmiş qrafik üzrə davam edir və təyyarə artıq yekun istehsal mərhələsinə daxil olub.

Xatırladaq ki, bu ilin mart ayında Almaniya Hərbi Hava Qüvvələri üçün istehsal edilən ilk F-35A qırıcısının son montaj xəttinə keçirildiyi açıqlanmışdı. Həmin vaxt təyyarənin ön, orta və arxa hissələri, eləcə də qanadları birləşdirilərək ilk dəfə tam konstruksiya şəklində nümayiş etdirilmişdi.

banner

Yekun montaj prosesində mühərrikin quraşdırılması ilə yanaşı, idarəetmə elementlərinin və digər əsas sistemlərin inteqrasiyası da həyata keçirilir. Təyyarənin yaxın aylarda sınaq mərhələsinə hazırlanacağı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi