Ev Hərbi XəbərlərUkrayna PUA-ları “Kronştadt” hərbi bazasına çatıb

Ukrayna PUA-ları “Kronştadt” hərbi bazasına çatıb

by Baş Redaktor
26 Baxış

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Baltik Donanmasına məxsus “Kronştadt” hərbi-dəniz bazasına zərbə endirib.

Army.az xəbər verir ki, bir neçə dron hədəfə uğurla çataraq bazanın ərazisində partlayış və yanğına səbəb olub.

“Kronştadt” bazası Rusiya Hərbi Dəniz Qüvvələrinin ən mühüm obyektlərindən biri hesab edilir və Baltik Donanmasının əsas dayaqlarından sayılır.

Hərbi kompleksdə döyüş gəmiləri, sualtı qayıqlar, təlim mərkəzləri, təmir dokları və gəmiqayırma infrastrukturu yerləşir.

banner

Baza Rusiyanın hərbi-dəniz potensialında strateji rol oynadığından, ona qarşı həyata keçirilən hücum Moskva üçün həssas zərbələrdən biri kimi qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi