Ev Hərbi XəbərlərHərbi əməliyyatlarda dönüş nöqtəsi? Strateji rabitə obyekti sıradan çıxarıldı

Hərbi əməliyyatlarda dönüş nöqtəsi? Strateji rabitə obyekti sıradan çıxarıldı

by Baş Redaktor
42 Baxış

Pilotsuz sistemlər qoşunlarının “Şimal” qruplaşmasına daxil olan 44-cü Ordu Korpusunun 22-ci motoatıcı alayının PUA heyətinin operatoru (çağırış adı “Tezka”) Ukraynanın mühüm rabitə obyektinin məhv edildiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, hava kəşfiyyatı zamanı meşə zolağının kənarında qüllə tipli anten aşkarlanıb.

“Həm siqnalın xarakterinə, həm də yerləşdiyi mövqeyə əsasən bunun düşmənin əsas rabitə qovşağı olduğunu anladıq. Məhz bu məntəqə vasitəsilə bölmələrin idarə olunması və dronların koordinasiyası həyata keçirilirdi”, – deyə hərbçi bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi