Ev Hərbi XəbərlərRusiya ordusunun yeni hücum dalğası: əsas şəhərlər hədəfə alındı

Rusiya ordusunun yeni hücum dalğası: əsas şəhərlər hədəfə alındı

by Baş Redaktor
31 Baxış

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə genişmiqyaslı zərbələr endirdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Rudenko öz Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar Kiyev vilayəti, Odessa, Xarkov, Krivoy Roq, Pavloqrad və Dnepropetrovsk şəhərlərində yerləşən hədəflərə yönəlib.

Eyni zamanda, “Şepot fronta” Telegram kanalının yaydığı məlumata əsasən, Xarkov yaxınlığında Rusiya dronlarından biri polis avtomobilini vurub. Bildirilir ki, nəqliyyat vasitəsində polis əməkdaşları ilə yanaşı, Ukraynanın Ərazi Komplektləşdirmə Mərkəzinin (TÇK) əməkdaşları da olub.

banner

Əlaqəli Yazılar Xüsusi