Ev Hərbi TexnologiyaRusiyada müəmmalı tapıntı: ABŞ-nin yeni qanadlı raketi Ukraynaya verilib?

Rusiyada müəmmalı tapıntı: ABŞ-nin yeni qanadlı raketi Ukraynaya verilib?

by Baş Redaktor
37 Baxış

Ukrayna Silahlı Qüvvələri ABŞ-nin Zone 5 Technologies şirkəti tərəfindən hazırlanmış yeni AGM-188A Rusty Dagger (“Paslı Xəncər”) qanadlı raketlərini əldə etmiş ola bilər.

Army.az xəbər verir ki, bu barədə “Müharibə Tarixi Silahlar” teleqram kanalı yazıb.

Rusiya hərbçiləri modeli məlum olmayan CRPA antenası aşkarlayıblar. Dron və raketlərdə istifadə olunan bu qurğu peyk siqnallarını radioelektron maneələri keçərək qəbul etməyə imkan verir. Antenanın komponentləri üzərində ABŞ hökuməti ilə işləyən təchizatçılara verilən unikal CAGE kodu saxlanılıb.

CRPA antenasındakı kodun Zone 5 Technologies şirkətinə aid olduğu müəyyən edilib. Məlumatda ehtimal olunur ki, bu antenna AGM-188A Rusty Dagger qanadlı raketində quraşdırılıb. Bu isə həmin raketlərin Kiyevə verildiyinə işarə edə bilər.

banner

Əlaqəli Yazılar Xüsusi