Ev Ekspert rəyiRusiya FAB-500-ləri işə saldı: Ukraynanın PUA məntəqələri vuruldu

Rusiya FAB-500-ləri işə saldı: Ukraynanın PUA məntəqələri vuruldu

by Baş Redaktor
21 Baxış

FAB-500 artırılmış uçuş məsafəsi və yüksək dəqiqliyə malik korreksiya olunan aviasiya bombasıdır.

Army.az xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan I dərəcəli kapitan Vasili Dandıkın məlumat yayıb.

Onun sözlərinə görə, FAB-500 əsasən Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələri tərəfindən istifadə olunur.

“FAB-500 artırılmış məsafə və dəqiqlik imkanlarına malik idarəolunan aviasiya bombasıdır. Adətən onun daşıyıcıları Su-34 təyyarələridir”, – ekspert bildirib.

banner

Dandıkının sözlərinə görə, təyyarələr kəşfiyyat məlumatlarından istifadə edərək təhlükəsiz məsafədən bir və ya iki bomba buraxır.

“Bombalar təyin olunmuş hədəfə istiqamətlənir. Məsələn, dinc əhaliyə qarşı terror fəaliyyəti ilə məşğul olan ‘Skif qrifonları’ qrupuna da zərbə endirilib”, – o əlavə edib.

Rusiya hərbçilərinin Dnepropetrovsk və Xerson vilayətlərində FAB-500 bombalarından istifadə etdiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi zərbələr nəticəsində Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının müvəqqəti yerləşdirmə və idarəetmə məntəqələrinin məhv edildiyini açıqlayıb. Hadisə ilə bağlı görüntülər də yayılıb.

Əlaqəli Yazılar Xüsusi