Rusiya prezidenti Vladimir Putin ətrafında müharibənin davam etdirilməsini istəyənlərlə yanaşı, onun dayandırılmasını dəstəkləyən şəxslər də mövcuddur.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya biznes dairələri ölkə iqtisadiyyatının ağır vəziyyətdə olduğunu anlayır.
O əlavə edib ki, Avropa İttifaqı, Kanada və ABŞ tərəfindən sanksiyaların davam etdirilməsi, “kölgə donanması” kimi sektorlara təzyiqin artırılması və Ukraynanın döyüş meydanında möhkəm dayanması sülhə daha da yaxınlaşmağa imkan verə bilər.
