MDB Antiterror Mərkəzinin rəhbəri Yaxın Şərqdə artan gərginliyin MDB ölkələri üçün ciddi miqrasiya və humanitar risklər yarada biləcəyini bildirib.
Army.az xəbər verir ki, qurum rəsmisi Yevgeni Sisoyev qeyd edib ki, regionda enerji resurslarının və gübrə tədarükünün məhdudlaşdırılması, kritik infrastruktur obyektlərinə zərbələr və eskalasiya ehtimalı genişmiqyaslı böhrana səbəb ola bilər.
Onun sözlərinə görə, bu proseslər Liviya və İraq nümunələrinə bənzər miqrasiya axınlarını və humanitar problemləri ortaya çıxara bilər.
Sisoyev xüsusilə Azərbaycan, Ermənistan və Türkmənistan kimi İranla sərhəd ölkələrin daha yüksək risk altında olduğunu vurğulayıb.
