26
ABŞ-ın Nyu-York əmtəə bazarında qiymətli metalların qiymətində geriləmə qeydə alınıb.
Army.az xəbər verir ki, COMEX platformasında qızıl üzrə fyuçers müqavilələrinin qiyməti 2 faiz azalaraq bir unsiya üçün 4 200 dollara düşüb.
Eyni zamanda, gümüş fyuçersləri də ucuzlaşıb. Belə ki, gümüşün bir unsiyası üzrə müqavilələrin dəyəri 1,73 faiz enərək 64,11 dollar səviyyəsində qərarlaşıb.