Ev Hərbi Texnologiya“Soyuz-5”: 17 ton yük daşıya bilən yeni raket təqdim olunur

“Soyuz-5”: 17 ton yük daşıya bilən yeni raket təqdim olunur

by Baş Redaktor
27 Baxış

Roskosmos Qazaxıstanla birgə “Soyuz-5” adlı orta sinif raketi kommersiya kosmik bazarına çıxarmağı planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Dmitri Bakınov “Ekspert” jurnalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 30 apreldə həyata keçirilən ilk buraxılış uğurlu olub və raket 17 tondan artıq faydalı yükü aşağı orbitə çıxarmaq qabiliyyətinə malikdir.

Hazırda mütəxəssislər raketin texniki təkmilləşdirilməsi üzərində işləyir, eyni zamanda ikinci və üçüncü nümunələrin istehsalı davam etdirilir. Bu raketlərin 2027-ci ilin yayında buraxılması planlaşdırılır.

banner

“Soyuz-5”in əsas xüsusiyyətləri arasında yükün orbitə yüksək dəqiqliklə çıxarılması, ekoloji təhlükəsizlik səviyyəsinin yüksək olması və avtomatik kosmik aparatların orbitə göndərilməsi üçün nəzərdə tutulması qeyd olunur. Həmçinin yeni raketin dünyanın ən güclü mühərrikinə sahib olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi