Ev Hərbi TexnologiyaPatriot-un rəqibi gəlir: Ukrayna yeni raketini sınaqdan keçirdi

Patriot-un rəqibi gəlir: Ukrayna yeni raketini sınaqdan keçirdi

by Baş Redaktor
27 Baxış

Ukraynanın Fire Point şirkəti ballistik raketlərin və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulan FP-7.x zenit raketinin ilk uçuş sınaqlarını uğurla həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman “Financial Times” nəşrinə açıqlamasında məlumat verib.

Məlumata görə, yeni raket ABŞ istehsalı olan Patriot PAC-3 sistemlərinə daha əlçatan alternativ kimi hazırlanır. Tərtibatçıların hesablamalarına əsasən, bir FP-7.x raketinin qiyməti təxminən 700 min dollar təşkil edir. Müqayisə üçün, Patriot PAC-3 raketinin dəyəri 3,8 milyon dollara yaxındır.

FP-7.x raketi Ukraynanın Avropa tərəfdaşları ilə birgə hazırladığı perspektivli “Freyja” hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq. Kompleks üçün Avropa istehsalı radarlar və idarəetmə sistemlərinin istifadəsi nəzərdə tutulur.

banner

Şirkət artıq avqust ayından seriyalı istehsala başlamağı planlaşdırır. İnfraqırmızı özütuşlanan başlıqların inteqrasiyasından sonra raketlərin 2027-ci ildə silahlanmaya qəbul ediləcəyi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi