ABŞ İrana qarşı silah və texnoloji təchizat şəbəkəsinə aid olduğu iddia edilən bir sıra hüquqi və fiziki şəxslərə yeni sanksiyalar tətbiq edib.
Army.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamada bildirilir ki, araşdırmalar nəticəsində Çindən İrana hava hücumundan müdafiə sistemlərinin alınması prosesində vasitəçi rol oynayan strukturlar müəyyən edilib. Həmin şəbəkə daxilində Belarusla əlaqəli bir şirkətin də olduğu qeyd olunur.
Vaşinqtonun bildirdiyinə görə, yeni sanksiyalar beynəlxalq məhdudiyyətlərin yan keçilməsi və hərbi təchizat kanallarının qarşısının alınması məqsədi daşıyır.
