Ermənistan Müdafiə Nazirliyinin zabitlərindən biri olan N.A.-nın ölümü ilə bağlı cinayət işi başlanılıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə istintaq aparılır və hazırda ilkin araşdırma tədbirləri davam etdirilir.
Yerli KİV-in məlumatına görə, zabit iyunun 10-da Baqramyan hərbi təlim poliqonunda keçirilən tank təlimləri zamanı həyatını itirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
