Ev Hərbi TexnologiyaSu-34 üçün mühüm yenilik: Döyüş imkanlarını artıra bilər

Su-34 üçün mühüm yenilik: Döyüş imkanlarını artıra bilər

by Baş Redaktor
27 Baxış

Qərb hərbi müşahidəçiləri Rusiyanın Su-34 cəbhə bombardmançısında ortaya çıxan yeni konstruksiya elementinə diqqət yetiriblər.

Army.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.

Bildirilib ki, pilot kabinasının arxa hissəsində, gövdənin üzərində yerləşdirilən yeni örtüyün altında hansı avadanlığın quraşdırıldığı hələ dəqiq məlum deyil.

Nəşr yazır ki, burada ən çox ehtimal olunan variant peyk rabitə sistemləridir. Bununla yanaşı, örtüyün altında radioelektron mübarizə avadanlığı, daha müasir antenna kompleksi və ya rabitə siqnallarının ötürülməsini təmin edən retranslyatorun yerləşdirilməsi də istisna edilmir.

banner

Ekspertlərin fikrincə, bu yenilik Su-34-ün döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Xüsusilə dəqiq idarə olunan sursatlardan istifadə zamanı etibarlı rabitə kanallarının təmin olunmasında yeni sistemin mühüm rol oynaya biləcəyi qeyd edilir.

Əlaqəli Yazılar Xüsusi