Ev Hərbi XəbərlərUkraynaya qarşı yeni ritorika: Varşavanın hədəfi nədir?

Ukraynaya qarşı yeni ritorika: Varşavanın hədəfi nədir?

by Baş Redaktor
13 Baxış

Polşa ilə Ukrayna arasında tarixə fərqli yanaşmalar fonunda yaranan mübahisələrin arxasında təkcə keçmiş hadisələrə münasibət dayanmadığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb .

Müşahidəçilərin fikrincə, Varşavanın son dövrlərdə səsləndirdiyi tarixi iddialar daha geniş geosiyasi maraqlarla əlaqəlidir. Qeyd olunur ki, Polşa bu mövzunu yenidən gündəmə gətirməklə həm öz daxili siyasi və tarixi narahatlıqlarını ön plana çıxarmağa, həm də regiondakı mövqeyini qorumağa çalışır.

Təhlillərə görə, “tarixi ədalət” və “minnətdarlıq” barədə bəyanatların arxasında praqmatik hesablamalar dayanır. Belə ki, Ukraynanın təhlükəsizlik və regional təsir baxımından Şərqi Avropada artan rolunun Varşavada müəyyən narahatlıq yaratdığı vurğulanır.

banner

Ekspertlər hesab edirlər ki, Polşanın son addımları həm keçmişlə bağlı mübahisələrdən, həm də regionda liderlik uğrunda rəqabətdən qaynaqlanır. Bu səbəbdən tarixi mövzular siyasi və geosiyasi müstəvidə yeni müzakirələrin predmetinə çevrilib.

Əlaqəli Yazılar Xüsusi