Ev Hərbi TexnologiyaDronların “beyni” vuruldu: Rusiya ordusundan yeni əməliyyat

Dronların “beyni” vuruldu: Rusiya ordusundan yeni əməliyyat

by Baş Redaktor
13 Baxış

Rusiya ordusunun “Şimal” qoşun qruplaşmasına daxil olan Tornado-G ekipajları Ukrayna Silahlı Qüvvələrinə məxsus 10 pilotsuz uçuş aparatı idarəetmə məntəqəsini məhv etdiklərini bildiriblər.

Army.az xəbər verir ki, bu barədə batareyanın baş zabiti “Yaruqa” çağırış nişanlı hərbçi RİA Novosti agentliyinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hədəflər əvvəlcə pilotsuz uçuş aparatları vasitəsilə müəyyən edilib, daha sonra reaktiv yaylım atəşi sistemləri tərəfindən onlara zərbələr endirilib.

Hərbçi qeyd edib ki, atəşin dəqiqliyini artırmaq məqsədilə eyni vaxtda iki “Tornado-G” qurğusundan istifadə olunub.

banner

Rusiya tərəfi əməliyyat nəticəsində Ukrayna ordusunun pilotsuz sistemlərinin idarə olunmasına ciddi zərbə vurulduğunu iddia edir.

Əlaqəli Yazılar Xüsusi