Rusiyalı publisist Yegor Xolmogorov ABŞ və İran arasında əldə olunduğu bildirilən mümkün sülh razılaşmasını Vaşinqton üçün ciddi reputasiya itkisi kimi qiymətləndirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun fikrincə, İran qısa müddət ərzində məhv edilmə təhlükəsi ilə üzləşən dövlətdən ABŞ-ın kompromis axtardığı tərəfə çevrilməyi bacarıb.
Xolmogorov hesab edir ki, Tehran öz mövqeyini sərt şəkildə qorumaq, qarşı tərəfin müəyyən etdiyi çərçivələri qəbul etməmək və siyasi iradə nümayiş etdirmək sayəsində əlverişli şərtlər əldə edib.
Publisist həmçinin bildirib ki, ABŞ-ın İranla mümkün razılaşmaya getməsi Vaşinqtonun bölgədəki siyasəti ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.
